Dünya üçün eyni vaxtda İKİ “ENERJİ ŞOKU”: Qiymət “sıçrayış”ı nə qədər davam edəcək?

Yaxın Şərqdə münaqişənin getdikcə alovlanması dünya iqtisadiyyatına əlavə təhdidlər yaradır.

Yenicag.az “The New York Times”a istinadla xəbər verir ki, İsrailin Qəzzada genişlənən hərbi əməliyyatlarının regional münaqişəyə çevrilməsi təhlükəsiz qlobal iqtisadiyyat üçün riskləri artırır.

Zəngin və yoxsul cəmiyyətlər pandemiya və Rusiya – Ukrayna müharibəsinin intensivliyinin azalması səbəbindən 3 illik iqtisadi böhrandan tədricən çıxdığı dönəmdə tənəzzül ehtimalı azalırdı.

İndi isə bəzi aparıcı beynəlxalq maliyyə institutları və investorlar yeni özünə gələn iqtisadiyyatın ardıcıl zərbələr ala biləcəyinə dair xəbərdarlıq edirlər. Dünya Bankının baş iqtisadçısı İndermit Gill Ukrayna və Yaxın Şərqdə davam edən müharibələrin neft və qaz qiymətlərinə təsirinə toxunaraq, dünyanın ilk dəfədir ki, eyni anda iki “enerji şoku” yaşadığını bildirib.

Qeyd edilir ki, sözügedən hadisələrdən dolayı baş verəcək qiymət artımı əhali və şirkətlərin alıcılıq qabiliyyətini azaltmaqla yanaşı, ərzaq istehsalında maya dəyərini də artırır.

COP29