Dünya üçün yeni TƏHLÜKƏ: Rusiyaya göndərilmiş sursatların dəyəri milyardlarla dollara çatır

 

“Rusiyanın Şimali Koreya ilə əlaqəsi dünya üçün təhlükədir”.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb. Qəzet yazır ki, Putinin hələ də Şimali Koreyanın yardımına ehtiyacı var və Kreml rəhbəri Ukraynadakı münaqişəni silahla təmin etdiyinə görə KXDR liderinə minnətdarlığını bildirmək istəyir.

“Kim Çen In sentyabr ayında Rusiyada Putinlə görüşəndə Şimali Koreyaya səfərə dəvət edib. Peyk görüntüləri bundan sonra KXDR-dən Rusiyaya silah təchizatının artdığını göstərir. Şimali Koreya Rusiyanın əlində olan silahlara uyğun gələn ən böyük sursat və ehtiyat hissələri ehtiyatına malikdir. İki ölkə sərhədləri boyunca dəmir yolu ilə və yaxınlıqdakı limanlar vasitəsilə, demək olar ki, maneəsiz ticarət edə bilər, gəmilər bu limanlar arasında hər iki ölkənin ərazi sularını tərk etmədən gedə bilər”, – deyə yazıda qeyd edilir.

Nəşrin məlumatına görə, hazırda Rusiyaya artilleriya mərmiləri, artilleriya raketləri, qısa mənzilli ballistik raketlər və T-54 və T-62 tankları kimi Rusiyanın Ukraynada istifadə etdiyi Sovet dövründən qalma bəzi silah sistemləri üçün ehtiyat hissələri lazımdır. “Ukraynanın hazırda Amerika və Avropa tərəfdaşlarından milyardlarla dollar dəyərində yeni silahlar aldığını nəzərə alsaq, Rusiya Şimali Koreyadan daha çox silah almaqda xüsusilə maraqlıdır”, nəşr yazır.

KİV analitiklərinin fikrincə, burada KXDR rəhbərliyi isə sualtı və casus peyk layihələri üçün maliyyə və texnologiya istəmək niyyətindədir. Cənubi Koreyanın Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, Rusiya hələ də Şimali Koreyanı ərzaq, xammal və silah istehsalında istifadə olunan hissələri təmin edir.

“Əgər silah tədarükü artarsa, Rusiya, çox güman ki, daha çox hərbi texnologiya göndərəcək və bu, Pxenyanın bölgəyə təhlükəsini artıracaq. Rusiyaya artıq göndərilmiş sursatların dəyəri milyardlarla dollar ola bilər və Kimin aldığı yardım, ehtimal ki, 2011-ci ildə hakimiyyətə gəldikdən sonra Şimali Koreya iqtisadiyyatına ən böyük dəstəklərdən biridir”, – deyə o bilririb.

 

Rafi Müslümov

COP29