Dünya üçün yeni TƏLATÜMLƏR – “Türkiyənin bu qarşıdurmadan iştirakı gözlənilmir”

“İran-İsrail münaqişəsi dünya üçün yeni təlatümləri özündə ehtiva edir. Baş verdiyi regionu da göz önünə gətirdikdə Türkiyənin narahatlığı təbii haldır”.

Bunu Yenicag.az-a açıqlamasında İran-İsrail münaqişəsində Türkiyə faktorundan danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Türkiyə hazırda İsrail ilə münasibətlərdə gərginlik yaşayır.
“Ancaq İranla normal qonşuluq münasibətləri mövcuddur. Buna baxmayaraq, Ankara-Tehran arasında o qədər də böyük güclü bağ yoxdur. Yəni münasibətlər qonşuluqdan o tərəfə keçmir”, – deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, Fələstin məsələsində Osmanlı tarixini nəzərə almaq mütləqdir.
“Bu baxımdan, Türkiyə hər zaman Qəzzalıların hüquqlarını müdafiə edib. İsrail-Türkiyə münasibətlərinin soyuqluğundakı əsas amil də məhz budur. İstənilən halda, İran-İsrail qarşıdurmasında hansısa formada Türkiyənin iştirakı gözlənilmir. Çünki bunu deməyə əsas verən hansısa əlamət yoxdur.

İran-İsrail münaqişəsi dünya üçün yeni təlatümləri özündə ehtiva edir. Baş verdiyi regionu da göz önünə gətirdikdə Türkiyənin narahatçılığı təbii haldır. Əlavə olaraq vurğulamaq lazımdır ki, bu münaqişə məhz beynəlxalq münasibətlər sistemindəki ədalətsizliklər fonunda baş verir. Ancaq təəssüflər olsun bu qarşıdurmanın həlli üçün qərar verməli olan beynəlxalq təşkilatlar və böyük güclər məsələyə səssiz qalmağı üstün tuturlar”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29