!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya ulduzu Bakıya kimə görə gəldi? - VİDEO

!Reklam – Yazi

“Papito” mahnısı ilə məşhurlaşan müğənni Seeya paytaxtda qonaq olub.

Yenicag.az xəbər verir ki, “ADDIM” təşkilatının “Dünya Starı” layihəsində iştirak etmək üçün Azərbaycana dəvət olunan müğənni sevənləri qarşısında çıxış edib. Konsertdən öncə jurnalistlərə açıqlama verən müğənni Bakını çox sevdiyini deyib.

ADDIM təşkilatının sədri Hüseyn Cavadzadə sözügedən layihə ilə bağlı danışıb. Bildirib ki, layihəni gerçəkləşdirməkdə məqsəd Azərbaycan musiqisini dünyada təmsil və təbliğ etməkdən ibarətdir.

“Xarici tərəfdaşlardan belə bir təklif gəldi ki, Bakıda kastinqdə iştirak etmək istəyirlər. Biz də bunu böyük həvəslə qəbul etdik. Çünki bizim bir çox istedadlı gənclərimiz var ki, onların xarici ölkələrdə tanınması lazımdır. Biz həmin insanlara dəstək olacağıq”.

Qeyd edək ki, layihə çərçivəsində 13 iştirakçı öz istedadını nümayiş etdirib. Münsiflərin yekdil qərarı ilə qalib adını Sənan və Mustafa adlı gənclər qazanıb.

Qeyd edək ki, münsiflər heyətində “Papito” mahnısı ilə məşhurlaşan Seeya, əməkdar artist Tünzalə Ağayeva və iki xarici prodüser əyləşib.

Cəvahir

Foto: Cəmalə Əlizadə

Yenicag.az

www.yenicag.az

1087
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv