!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya ulduzu “Barselona”dan getdi

!Reklam – Yazi

img2099787“Barselona”nın müdafiəçisi Daniel Alveş komandadan ayrılıb.

Qol.az-ın “goal.com”a istinadən verdiyi xəbərə görə, bu barədə klubun texniki məsələlər üzrə katibi Robert Fernandez məlumat verib.

Alveşin qərarına hörmətlə yanaşdıqlarını bildirən klub rəsmisi deyib: “Alveş komandadan ayrılmaq qərarı verdi. Bu, tamamilə onun şəxsi qərarı oldu. Hörmətlə yanaşırıq. Neymar isə uzun müddət “Barselona”da oynayacaq. Maskeranonun da komandada qalacağını düşünürəm”.

Fernandez Alveşin mövqeyinə yeni futbolçu transfer etməyəcəklərini bildirib: “Sağ mövqeyə yeni futbolçu transfer etməyəcəyik. Bartra yaxşı futbolçudur və daha çox oynamalıdır. Aleyks Vidalı da sağ cinahda oynatmaq üçün transfer etmişik. Serji Roberto da bu mövqedə oynaya bilər”.

Qeyd edək ki, “Barselona”dan ayrılan Alveşin “Yuventus”la 3 illik müqavilə imzalayacağı gözlənilir.

 

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv