Ümumdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Yenicag.az-ın məlumatına görə, son 24 saat ərzində Bosniya və Herseqovina, Cəbəli-Tariq, Macarıstan, Sloveniya, işğal olunmuş Fələstin ərazilərində koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Belə ki, dünya üzrə 2241-i yeni olmaqla ümumilikdə 95 333 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 80 565 minə çatıb. Həmçinin burada 3015 ölüm qeydə alınıb. Onlardan 31-i son 24 saat içində ölənlərdir.
Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 85 ölkə/ərazi üzrə 14 768 nəfərdir. Onların içərisində yoluxan 267 şəxs artıq ölüb.
ÜST-ün risk qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək