Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünya üzrə koronavirusla bağlı son STATİSTİKA

Son bir gündə dünyada koronavirusa yoluxanların sayı 2 314 621 nəfərə çatıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 72 846 nəfər yeni koronavirusa yoluxub, 5 296 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 314 621 nəfərə, ölənlərin isə 157 847 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 149 071 yoluxma və 103 586 ölüm halı. Avropa regionunda sutka ərzində 26 882 yoluxma halı, 2 648 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 15-nə olan məlumatlara əsasən, yoluxanların sayı 858 631 nəfərə, ölənlərin sayı isə 40 615 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 132 438 yoluxma və 5 648 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (723 605), İspaniyada (195 944), İtaliyada (178 972), Almaniyada (141 672), Böyük Britaniyada (120 071), Fransada (111 463), Türkiyədə (86 306), Çində (84 237), İranda (82 211) və Rusiyada (42 853) qeydə alınıb.

www.yenicag.az

349