!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya xəritəsini dəyişmək istəyənlər: Münaqişə zonaları genişlənir - ŞƏRH

!Reklam – Yazi

“Rusiya çalışacaq ki, dünyanın diqqət mərkəzi özündən yayınsın. Ona görə də əlində olan problemləri üzə çıxarmağa cəhd edəcək”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsi fonunda Kosova və Serbiya arasındakı gərginliyin artması və digər “ocaq”larda da toqquşmaların baş vermə ehtimalını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Rusiya münaqişəni Avropanın mərkəzində başlada biləcəyi ilə təhdid edir:

“Dünyada əsas məsələ böyük güclərin dünyanı yenidən bölüşdürmək istəməsidir. Rusiya da bundan kənar qalmamaq üçün Ukraynaya hücumu planlaşdırdı, təcavüz etdi. Rusiya bununla da təkləndi. Rusiya təklənəndən sonra alternativ variantları işə salmalı idi. Serbiya təsadüfi deyil ki, fəallaşdı. Düşünürəm ki, Serbiyanı Rusiya fəallaşdırdı. Münaqişə zonaları yavaş-yavaş genişləndirilməyə başladı. Rusiya bununla göstərir ki, münaqişəni Avropanın ortasına da çəkə bilərik. Çünki Serbiya yeganə ölkədir ki, açıq-aşkar Rusiyanı müdafiə etdi”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın yerləşdiyi bölgədə də müəyyən hadisələr ola bilər:

“Rusiyanın zəifləməsi Azərbaycan üçün sərfəli variantdır. Ukrayna ilə Rusiya arasındakı danışıqların İstanbulda keçirilməsi də Azərbaycanın əlinə oynayır. Rusiyanın vəziyyəti elədir ki, Türkiyəyə ehtiyacı var. Kimin nə deməsindən və hansı bəyanat verməsindən aslı olmayaraq Azərbaycan ordusu irəli getməlidir. Yeri gələndə antiterror əməliyyatı keçirməlidir. İmkan düşdü, Fərruxa yerləşdik. Kimsə nəsə deyə bildi? Onsuz da ədalətsiz iri güclər Ermənistanın tərəfində durub bəyanat verəcəklər. Erməni tərəfi də demoralizə olunub. Heç kəsə və heç nəyə baxmadan işləri davam etdirməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv