Dünyaca məşhur çex əsilli fransız yazıçısı Milan Kundera dünyasını dəyişib.
Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, o, 94 yaşında bu gün vəfat edib.
M.Kundera 1929-cu ildə Çexoslovakiyanın Moraviya bölgəsində anadan olub.
Yazıçının “Varlığın dözülməz yüngüllüyü”, “Mənasızlığın təntənəsi”, “Ölümsüzlük” əsərləri Azərbaycan türkcəsinə tərcümə edilib.