2018-ci ilin ikinci yarısı ilə 2019-cu ilin ikinci yarısı arasındakı müddətdə DDoS hücumların sayı 87% yüksəlib.
Yenicag.az “Zdnet”ə istinadən xəbər verir ki, bununla yanaşı həmin hücumların tezlikləri bütün dünya üzrə 16% yüksəlib. Beləliklə, hər dəqiqə ərzində 16 DDoS hücum reallaşdırılır. Təqdim edilmiş vaxtlarda müşahidə edilmiş ən güclü DDoS hücum 2019-cu ildə baş verib və onun gücü saniyədə 622 Gbit təşkil edib.
Bu səbəbdən də adətən DDoS hücumların gücü saniyədə 100-200 Gbit təşkil edir.
Təqdim edilmiş hesabatda qeyd edilmiş müddət ərzində mütəxəssislər saniyədə 300 Gbit gücə sahib DDoS hücumların saylarının 42% aşağı düşdüyünü müşahidə ediblər. Bu cür statistikaya ən böyük töhfəni verən isə IoT texnologiyalardır.
Proqnoza əsasən bu ilin sonuna kimi onların sayları 20.4 milyard ədad cihaz olacaq. Adətən bu cür cihazlar Mirai adlı botnetə yoluxurlar. Bu botnet isə 103.000-ə yaxın varianta sahibdir.
Hackerlər sözügedən cihazların aşağı səviyyəli təhlükəsizlik sistemlərindən istifadə edirlər.