Dünyada ağ zürafədən bir dənə qaldı

Keniyanın Qarissa dairəsində qoruqda brakonyerlər dünyanın ən nadir canlılarından sayılan dişi ağ zürafəni və onun balasını öldürüblər.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı qoruğun rəhbəri Məhəmməd Əhmədnur açıqlama verib.

Baş verən hadisəni faciə adlandıran rəhbər, qoruqda yalnız 1 erkək ağ zürafənin qaldığını bildirib.

Qeyd edib ki, dişi ağ zürafə 2017-ci ildə qoruğa gətirilib və ümumi marağa səbəb olub. Sonradan zürafə iki dəfə balalayıb. Bu heyvanların qeyri-adi rəngi albinizmlə deyil, leykizmlə (heyvanların dərisində piqmentasiyanın qismən itməsinə səbəb olan mutasiya) əlaqədar olduğunu vurğulayıb.