Çində bir körpə valideynlərinin ölümündən 4 il sonra dünyaya gəlib.
Yenicag.az “BBC”yə istinadən xəbər verir ki, sonsuzluq problemi ilə üzləşən çinli Şen Ji və Liu Xi cütlüyü süni mayalanma yolu ilə dünyaya uşaq gətirmək istəyiblər. Bu məqsədlə həkimlər 4 ədəd embrionu dondurub. Cütlük ilk embrionun ana bətninə köçürülməsindən 5 gün sonra avtomobil qəzasına düşərək həyatlarını itiriblər. Bundan sonra isə cütlüyün valideynləri embrionlara həyat verilməsi üçün məhkəmənin razılığını alıblar. Beləliklə, suraqat ananın bətninə köçürülən embrionlardan biri həyat mübarizəsindən “qalib çıxıb” və Tiantian (Şəkər) adlı bir oğlan dünyaya gəlib.
Qeyd edək ki, Tiantian valideynlərinin ölümündən sonra doğulan ilk körpədir.