Dünyada bir ilk yaşanacaq

92986Rusiyada 30 yaşlı gənc dünyada ilk dəfə həyata keçiriləcək baş transplantasiyasına razılıq verib.

İngiltərənin Daily Mail nəşrinə danışan gənc gələn il baş tutacaq 36 saatlıq əməliyyatla başının yeni, sağlam bədənə nəqlinə razılıq verib.

Anadangəlmə əzələ xəstəliyi olan və əlil arabasına bağlı qalan rusiyalı gənc italiyalı cərrah Serjio Canaveroya güvəndiyini deyib. Ölmədən öncə sağlam bir bədəndə yaşamaq şansını dəyərləndirmək istədiyini bildirən Valeri Spiridonov cərrahla ancaq internet üzərindən danışdığını, yaxın zamanda görüşəcəklərini əlavə edib. Əməliyyatın 11,2 milyon dollara başa gələcəyi təxmin edilir. Donor bədən kimi beyin ölümü keçirən sağlam bir insanın bədəni istifadə ediləcək. Ailəsi gənci dəstəklədiyini desə də, riskli əməliyyatın onun ölümünə səbəb ola biləcəyi ehtimalını da nəzərə alıb.