Alimlər cümə günü Yerin maqnit sahəsində pozulma qeydə alıblar və o artıq çox güclü həddə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun kosmik havanın monitorinqi mərkəzindən məlumat verilib.
Məlumata görə, Yerin maqnit sahəsində pozulma dərəcəsi indi G4 səviyyəsindədir. Maksimal dərəcə isə G5-dir.