Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Dünyada ilk - Cərrah internet vasitəsilə beyin əməliyyatı etdi

Çinin Sanyan şəhərində dünyada ilk dəfə xəstədən 3 min km uzaqda olan cərrah xəstənin beyninə çip quraşdırmağa nail olub.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, əməliyyat Çin Azadlıq Ordusunun Haynan əyalətində yerləşən Baş Hospitalının doktoru Linq Jipey tərəfindən həyata keçirilib. O, əməliyyat palatasında quraşdırılan ekranlara qoşularaq xəstənin beyninə Parkinson xəstəsinin vəziyyətinin müəyyənləşdirilməsi üçün lazım olan dərin stimulyasiya çipini yerləşdirib.

Maraqlıdır ki, rabitə üçün beşinci nəsil mobil rabitə texnologiyası (5G) ilə işləyən mobil internetdən istifadə olunub. Bu, videosiqnalın ötürülməsində mənfi nəticələrə səbəb ola biləcək fasilələrin yaranmasının qarşısını almağa imkan verib. Xəstə əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

www.yenicag.az

1076