Dünyada İLK: Xəstəyə köçürüləcək ağ ciyər dronla daşındı

Kanadada xəstəyə köçürüləcək ağ ciyər bir xəstəxanadan digərinə dron vasitəsilə aparılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Toronto şəhərinin “Western” xəstəxanasındakı xəstədən alınan ağ ciyər Ümumi Xəstəxanaya dron vasitəsilə aparılıb.

Dronun bir xəstəxanadan digərinə uçuşu 6 dəqiqə çəkib.

Layihə rəhbəri Martin Rozblat dron vasitəsilə orqan daşımasını həyata keçirmək üçün 18 ay çalışdıqlarını vurğulayıb.