Dünyada internet istifadəçilərinin sayı 3,8 milyardı keçdi

Ötən il dünyada internet istifadəçilərinin sayı 3,8 milyardı keçib.

Yenicag.az xəbər verir ki, bu da dünya əhalisinin yarıdan çoxunu təşkil edir.

İnternet istifadəçilərinin 53%-i Asiya-Sakit Okean, 15%-i Avropa, 13%-i Afrika və Orta Şərq, 10%-i Latın Amerika, 9%-i Şimali Amerika, 21%-i Çin, 12%-i Hindistan və ABŞ-ın payına düşüb.

İnternetdən istifadə edən dünya əhalisinin göstəricisi 2009-cu ildə 24 faiz idisə, keçən il bu rəqəm 51 faizədək artıb.

Bununla yanaşı, sosial şəbəkələrdən istifadə hallarında azalma müşahidə olunur./Report/