!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü

!Reklam – Yazi

Dünyada COVID-19 pandemiyasından ölənlərin sayı 2,5 milyon nəfəri ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 20:47-yə olan məlumata görə, dünyada COVID-19-dan ölüm hallarının sayı 2 500 770 olub. Dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 112,6 milyonu ötüb.

Koronavirus pasiyentləri arasında ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 506 mindən yuxarı.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv