Dünyada Koronavirus qurbanlarının sayı 800 mini ötdü

Dünyada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 800 mini keçib.

Yenicag.az-ın məlumatına görə, “Worldometer” portalında bildirilib.

Saat 8:00-a (GMT+4) verilən məlumata əsasən ümumilikdə koronavirusa yoluxanların sayı 23 117 813, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 803 200 nəfərə yüksəlib. 15 709 677 xəstənin sağaldığı bildirilir.