Dünyada koronavirus STATİSTİKASI: Yoluxanların sayı 7 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyonu ötüb. 

Yenicag.az xəbər verir ki, virusdan ölənlərin sayı 402 min 575 nəfərdir.

Məlumata görə, dünyada koranavirusa yoluxanların sayı isə 7 milyon 814 nəfərə çatıb.

İndiyədək 3 milyon 422 min 299 nəfər xəstəlikdən sağalıb.

Yeni növ koronavirusa yoluxma halı ən çox ABŞ-da qeydə alınıb – 1 milyon 988 min 545 nəfər. Ondan sonra Braziliya (676 494), Rusiya (467 673), İspaniya (288 390), İngiltərə (284 868), Hindistan (247 678), İtaliya (234 801), Peru (191 758), Almaniya (185 696) və İran (169 425) gəlir.