Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib.

Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 12 007 327 nəfərə çatıb. Onlardan 548 799 nəfəri vəfat edib.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (3 051 427) və Braziliyada (1 713 160) qeydə alınıb.