!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçdi

!Reklam – Yazi

Dünyada sutka ərzində yeni koronavirusa yoluxma hallarının sayı 8 mindən çox artaraq 12,3 milyonu keçib.

Yenicag.az-ın məlumatına görə, ölənlərin sayı isə 557 min nəfəri keçib. Məlumata əsasən, yoluxanların ümumi sayı 12 387 826, ölənlərin isə 557 405 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 6 507 580 yoluxma və 282 648 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 532 361, ölüm hallarının sayı isə 195 484 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 222 070 yoluxma və 29 127 ölüm halı qeydə alınıb.

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv