Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyada koronavirusa yoluxanların sayı 17 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 17 milyonu ötüb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin hesablamalarında bildirilir.

Məlumata görə, yoluxanların sayı 17 029 206 nəfərə çatıb. İndiyədək koronavirusdan 667 011 nəfər vəfat edib, 9 948 163 nəfər sağalıb.

Ən yüksək yoluxma ABŞ-da qeydə alınıb – 4 426 982 nəfər. ABŞ-da infeksiyadan ölənlərin sayı 150 713, sağalanların sayı 1 389 425 nəfərdir.

Yoluxma səviyyəsinə görə ikinci yerdə Braziliya gəlir – 2 552 265 nəfər. Braziliyada COVID-19-dan 90 134 nəfər vəfat edib, 1 922 802 nəfər sağalıb.

Üçüncü yerdə isə 1 581 963 yoluxma sayı ilə Hindistandır. Hindistanda koronavirusa yoluxanlardan 34 955 nəfəri vəfat edib, 1 019 735 nəfər sağalıb.

Loading...

www.yenicag.az

283
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100