Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 226 mindən çox artıb.
Yenicag.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyulun 28-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 226 783 nəfər yeni koronavirusa yoluxub, 4 153 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 16 341 920, ölənlərin isə 650 805 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 8 728 962 yoluxma və 339 651 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 261 042, ölənlərin sayı isə 210 897 nəfərə çatıb.
Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 838 380 yoluxma və 41 366 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.