Dünyada koronavirusa yoluxanların sayı 276 mini keçdi

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 276 mindən çox artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 13-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 276 398 nəfər yeni koronavirusa yoluxub, 6 933 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 20 439 814, ölənlərin isə 744 385 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 10 950 220 yoluxma və 398 229 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 668 652, ölənlərin sayı isə 218 255 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 830 404 yoluxma və 56 636 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.