Dünyada koronavirusdan demək olar, 208 min insan ölüb.
Yenicağ.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd edilir ki, COVID-19-a yoluxanların sayı 3 018 952 nəfər təşkil edir.
Təşkilatın son məlumatına görə, ötən bir gün ərzində virusa 66 mindən çox yoluxma və 5 376 ölüm qeydə alınıb.
Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 406 899 nəfərdə koronavirus aşkarlanıb, 129 mindən çox insan ölüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.