Dünyada koronavirusa yoluxanların sayı 36 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 36 milyon nəfəri ötüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə koronavirus üzrə statistikanı izləyən “Worldometer” portalında bildirilib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 36 023 475 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 053 837 nəfər vəfat edib, 27,1 milyon nəfər isə sağalıb.