Dünyada koronavirusa yoluxanların sayı 80 milyonu keçdi

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 80 milyon nəfəri ötüb.

Yenicag.az-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 80 027 056 nəfərə çatıb. Onlardan 1 753 313 nəfəri ölüb, 45 145 454 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (18 771 885), Hindistanda (10 169 118) və Braziliyada (7 448 560) qeydə alınıb.