Dünyada koronavirusla bağlı STATİSTİKA – Yoluxma hallarının sayı 3,2 milyonu ötdü

Dünyada son bir gün ərzində 91.1 min insan yeni növ koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, hazırda dünyada 3 267 184 COVID-19 xəstəsi var. Son bir gündə daha 5 799 nəfərin koronavirusdan öldüyü bildirilib.  Ayrı-ayrı ölkələrdə ümumilikdə 229 971 insan pandemiyanın qurbanı olub.

Virusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə COVID-19-a 1 492 024 insan yoluxub. Onlardan 140,5 mindən çoxu ölüb.