Dünyada yoxsulluq hökm sürür, qlobal güclər isə sərvətinə sərvət qatır

Dünyada milyonlarla insanın həyat səviyyəsində böhran yaşadığı bir dövrdə qlobal şirkətlər mənfəətlərini kəskin şəkildə artırmaqdadır.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən il ümumilikdə 50 ölkədə 1 milyard işçi 746 milyard dollar həcmində maaş kəsintisi ilə üzləşib.

“Forbes” jurnalında “Oxfam” və “ActionAid” beynəlxalq təşkilatlarının “Global 2000” siyahısına əsasən, dünya üzrə 722 şirkətin təsadüfi mənfəəti 2021-ci ildə 1,09 trilyon dollar təşkil edib.

Ötən il isə bu göstərici 1,1 trilyon dollar təşkil etmişdir. Artımlar nəticəsində şirkətlərin ümumi mənfəəti 2017-2020-ci il dövrlərinin orta göstəricisi ilə müqayisədə 89 faiz artım müşahidə edilib.