Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dünyada yüklənilən mobil əlavələrin rekord SAYI

2019-cu ildə dünyada istifadəçilər 204 milyard mobil əlavə yükləməklə rekorda imza atıblar. Bu, 2018 və 2016-cı illərlə müqayisədə müvafiq olaraq 6 və 45 faiz çoxdur. Bu barədə “App Annie” analitik şirkətinin məlumatında deyilir.

Yenicag.az “ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ötən il istifadəçilər tərəfindən qlobal miqyasda mobil proqramların alışına, eləcə də onlar daxilində abunə və kontentə 120 milyard dollar sərf edilib. Bu, 2016-cı ilin xərclərini iki dəfədən çox üstələyir. İnsanlar belə proqram və oyunlarda orta hesabla gündə 3 saat 40 dəqiqə keçiriblər ki, bu da 2017-ci ildən 35 faiz çoxdur.

Smartfon və planşet sahibləri arasında mobil oyunlara tələbat daha böyükdür. 2019-cu ildə istifadəçilərin bütün mobil əlavələr arasında xərclərinin 72 faizi (86 milyard dollar) oyunların payına düşüb. 2020-ci ildə bu rəqəm 100 milyard dolları ötə bilər. Ötən il istifadəçilər mobil oyunlara ümumilikdə bütün digər oyun növləri ilə müqayisədə 25 faiz daha çox pul xərcləyiblər.

2019-cu ildə mobil əlavələri ən çox Çin, Hindistan, ABŞ, Braziliya və İndoneziya sakinləri yükləyiblər.

Tədqiqatda, həmçinin qeyd olunur ki, müasir smartfonun ekranı televizoru tam əvəzləyib. Video və əyləncələrə baxmaq üçün istifadəçilər həmişə əl altında olan kiçik ekrana üstünlük verməyə başlayıblar. Bununla yanaşı, ötən il dünya istifadəçiləri əyləncəli mobil əlavələrdə iki il əvvəllə müqayisədə 1,5 dəfə çox vaxt keçiriblər.

Sosial şəbəkələr lider olaraq qalır: mobil əlavələrə sərf edilən vaxtın yarısı sosial şəbəkə və messencerlərin payına düşür. Bundan əlavə, istifadəçilər ünsiyyət üçün yeni əlavələr yükləməkdə davam edirlər: təkcə 2019-cu ildə 9,5 milyard ünsiyyət proqramı yüklənilib.

www.yenicag.az

291
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM