Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dünyadan gizlədilən görüş: İran ABŞ-a nə verib, nə aldı?

ABŞ və iranlı diplomatlar qrupunun Londonda Yəməndəki vəziyyətlə bağlı gizli görüş keçirdiyi iddia olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” qazeti avropalı üst səviyyə diplomatın məlumatına əsasən xəbər yayıb.

Məlumata görə Avropa ölkələrinin təşkilatçılığı ilə keçirilən görüş London otellərinin birində baş tutub.

Diplomat hər iki ölkədən gəlmiş heyyət nümayəndələrinin gizliliyi qorumaq məqsədiylə diplomatik pasport yerinə adi pasportlardan istifadə etdiyini açıqlayıb.

Görüşdə qəbul edilən qərarların nəticəsi olaraq Isveçdə BMT nəzarətində keçirilən “Yəməndə vuruşan tərəflər arasında müzakirələr”i göstərib.

Diplomata görə, Iran tərəfi Husilərin Isveçdəki müzakirələrə qatılması barədə söz verib. ABŞ Müdafiə Nazirliyinin hələ Isveçdə görüş baş tutmamışdan öncə nəticələr barədə açıqlamalar verməsi də bununla izah edilib.

Iranın Yəməndə ABŞ-la razılaşdığı və bunun qarşılığında ABŞ-ın sanksiyaları yumuşaltdığı iddia edilib:

“Iranın Yəmənlə bağlı siyasəti ABŞ-ın Tehran diplomatiyasını yumşaltması ilə nəticələndi. Bunun nəticəsi idi ki, ABŞ Irandan neft alan ölkələrə Iran neftinin alınmaması ilə bağlı qoyduğu qadağanı yumuşaltdı. Sanksiyaların kəskinliyi azaldıldı. Indi isə, Avropa Suriya məsələsində Iranın Yəməndəki kimi komprominsə getməsini gözləyir. Bu beynəlxalq əlaqələr üçün vacib sayılır”.

Bundan başqa Iranın ABŞ-dan sanksiyaları götürməsi və ya azaltması tələb etdiyi, əks təqdirdə ABŞ-la bütün əlaqələrin kəsiləcəyi iddia edilib.

Görüşmələrin niyə gizli keçirildiyinə aydınlıq gətirən diplomat, bunun hər iki ölkənin daxili siyasətinə mənfi təsir göstərməsini önləmək üçün atılan addım olduğunu qeyd edib.

Həşim Səhrablı

www.yenicag.az

2228
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100