Dünyamız qaranlıqlaşır

Yer planeti get-gedə qaranlıqlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə Nyu-Cersi Texnologiya İnstitutu araşdırma yayımlayıb.

Ayı aydınladan Dünya işığını araşdıran alimlər dünyanın yansıtma gücünü ölçüblər. Son 20 illik ölçülərə əsaslanan araşdırma nəticəsində Dünyanın 1998-ci ilə nisbətən təqribən yarı Vatt daha az işıq yansıtdığı qənaətinə varıblar.

Nəticəyə əsasən, Yer planeti hazırda özünə çatan Günəş işığının 30 faizini yansıdır. Buna səbəb kimi isə qlobal istiləşmə göstərilir. Belə ki, istiləşmələr buludların parlaqlığına təsir edir ki, bu da daha az Günəş işığının kosmosa yansımasına gətirib çıxarır.

Dünyanın yansıtdığı işığın azlamasına paralel olaraq istiləşmə də azalmalıdır. Lakin qəribəsi budur ki, araşdırmada azalan işığa nisbətdə isinmə də artır ki, bu da planetimiz üçün böyük təhlükə hesab edilir.