Dünyanı ağladan körpə Kobanidə basdırıldı

39581Türkiyədən Yunanıstanın Kos adasına üzərək keçmək istəyərkən digər miqrantlarla dənizdə batmış 3 yaşlı uşağın cəsədini öz vətənində basdırıblar.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Bodrum sahilində ölmüş şəkildə çəkilmiş fotosu ilə bütün dünyanı şok edən Aylan Kürdi doğma şəhəri Kobanidə basdırılıb. Dəfn mərasiminə yüzlərlə adam gəlib.

Aylanla birgə anası və 5 yaşlı qardaşı da dənizdə boğulmuşdu. Ailədən ancaq atası Abdulla sağ qalmışdı.