Çinin Uhan əyalətindən bütün dünyaya yayılan yeni növ koronavirusun ölkənin digər regionlarında vüsət almaması birmənalı qarşılanmır.
Yenicag.az xəbər verir ki, bütün dünyanın marağına səbəb olan bu hadisəni araşdıran “YouTuber” təxəllüslü videobloqer Çinin Şanxay şəhərində pandemiyanın qarşısının alınması ilə bağlı “VLOG” hazırlayaraq, məsələyə aydınlıq gətirib.
“YouTuber”in sözlərinə görə, texnologiyanın inkişaf etdiyi Çində bütün işlər süni intellekt vasitəsilə xüsusi alqoritm əsasında qurulub. Əhali zəruri ödənişləri mobil tətbiqlər üzərindən təmaassız həyata keçirir.
Şəhərin bütün küçələrində 200 milyondan çox xüsusi üz tanıma kameraları yerləşdirilib. Bu yolla insanların hər bir addımı nəzarətdə saxlanılaraq, onların şəxsi məlumatları ilə birlikdə ümumi bazaya köçürülür.
Virusa yoluxduğu aşkarlanan şəxslərin məlumatları həmin bazadan əldə olunaraq, 14 gün ərzində təmasda olma ehtimalı olan hər bir kəsə bildiriş göndərilir.
İnsanların səhhətini nəzarətdə saxlamaq məqsədi ilə onlara qırmızı, sarı və yaşıl kodlar verilir.
“Qırmızı” həmin şəxsin virusa yoluxduğu anlamına gəlir. “Sarı” yaxın zamanlarda səyahətdən döndüyü və yaxud virusa yoluxan şəxslə təmasda olması deməkdir və o şəxs özünü 14 gün təcrid etməlidir. “Yaşıl” isə təhlükəsiz mənasını verir.
Qeyd edək ki, şəhərdə yalnız “Yaşıl”, yəni heç bir təhlükə daşımayan şəxslərə maşın idarə etməyə icazə verilir.
Həmin videomaterialı təqdim edirik:
Rufina Əlizadə