Dünyanı silkələyəcək kabus – Buzlaqlar növbəti pandemiyanın mənbəyi ola bilər

Arktika gölünün buzlaqlarının əriməsi nəticəsində gün işığına çıxan bakteriya və virusların canlı təbiəti yoluxdura biləcəyini aşkar edilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, növbəti pandemiya yarasalar və ya quşlardan deyil, buzların əriməsindən yarana bilər.

Arktikadakı Hazen gölünün torpağının genetik analizləri göstərdi ki, buzlaqların əriməsi virusların yayılma riskini çoxalda bilər.

2014-cü ildə Fransanın Eks-Marsel şəhərindəki Milli Elmi Tədqiqat Mərkəzinin alimləri Sibirdə donmuş torpaqlardan götürülmüş virusu canlandıra biliblər. Araşdırmada iştirak edən Jean-Mişel Klaverie bildirib ki, buz təbəqələrinin əriməsi “fəlakətin resepti” olacaq.