!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı şoka salan olay: ana və üç övladını iblis idarə edir? - VIDEO

!Reklam – Yazi

1912-1928-ci illər, ABŞ-ın Ayova ştatındakı Erlinq şəhəri. Anna Eklund…

1940-cı illər. Merilend ştatındakı Kootec Siti. Roland Do…

1973-cü il, Almaniya. Anna-Liz Mixel…

1974-cü il, İngiltərənin Yorkşir şəhəri. Maykl Teylor…

Bu insanların hamısı “vücudlarına cin, şeytan, İblis yerləşmiş” adamlar kimi tanınıb.

Lakin ABŞ-ın İndiana ştatında yaşayan Latoya Emmons “vücuduna cin yerləşmiş” adam kimi tanınmır. Əksinə, üç övlad anası mistik, kimsənin izah edə bilmədiyi olayların qurbanı olub.

“Cinçıxarma”, “ekzorsizm”, “İblislə mübarizə” və habelə xof, qorxu filmlərinin ssenarilərindən fərqli olaraq bu dəfə durum tam fərqlidir.

Çünki rəsmi dövlət qurumları, hətta polis və Federal Təhlükəsizlik Bürosunun ekspertləri belə, sirli, müəmmalı və dəhşətli olayla qarşılaşdıqlarını etiraf edirlər.

Yenicag.az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın İndiana ştatındakı Qeri şəhərində yerləşən bu evin ətrafındakı bütün qonşular köçüblər. Onlar həmin evin yaxınlığında yaşamağa qorxurlar.

Ev sutkaboyu nəzarət altındadır və polislərin dediklərinə görə, onlar da bu məkana daxil olmaqdan çəkinirlər.

FTB ekspertləri və jurnalistlər isə deyirlər ki, bu ev “cəhənnəmə keçid”dir.

“Evə daxil olanda orada uşaqların mahnı oxuduqlarını eşitdim. Uşaqlar İblisin şəninə mahnı oxuyurdular. Sonra qonşu otaqda ildırım sürəti ilə nə isə hərəkət etdi. Qorxub qaçdıq. Çölə çıxandan sonra pəncərəyə baxanda bizi süzən məxluqu gördük. Onun eybəcər siması, köz kimi alışıb yanan gözləri vardı. O, biziə baxıb qəhqəhə çəkdi”, – Qeri şəhər şerifinin müavini Toni MakBrayd deyib.

Polis zabiti Maykl Sonten isə deyir ki, qorxusundan pəncərəyə atəş açıb, amma şüşələrə heç nə olmayıb: “Sanki gülləkeçirməz şüşələrdi. Ertəsi gün o şüşələri FTB ekspertləri yoxladılar və dedilər ki, belə şüşə görməyiblər. Yəni onların sözlərinə görə, gülləkeçirməyən şüşəni bomba, mina və ya raketlə belə, sındırmaq mümkün deyil. Belə şüşəni kimsə, haradasa istehsal edə bilməz”.

FTB evdəki əcaib səslərin, uğultuları, iblisanə qəhqəhələri, ağlaşma və ulaşmaları da lent yazısına alıb.

Qeri şəhərinin sabiq polis rəisi Çarlz Ostin həddən artıq cəsur və məntiqli insan kimi tanınsa da, evə yaxın getmir: “Etiraf edirəm ki, qorxuram. O evə yaxınlaşanda içəridə qara ləkələr hərəkət etməyə başlayır. Evin üstündə sanki şər ruh var. Bəli, mən qorxuram. Ölümdən qorxmamışam, ən təhlükəli caniləri, manyakları tutmuşam, həbs etmişəm, amma indi qorxuram”.

“Mən qorxmuram, indi oraya girərəm!” deyərək axşam saatlarında evə girən və gecəni orada qalacağam deyən meriya əməkdaşı itkin düşüb. Səhər saatlarında polis, hərbçilər və yerli keşiş evi ələk-vələk etsələr də, adam tapılmayb.

Halbuki ev polis mühasirəsindədir və oradan quş da çıxa bilməzdi. Fəqət, meriya əməkdaşı gecə yoxa çıxıb: evin qapı və pəncərələri çöldən bağlı olsa da…

Katolik keşiş Maykl Majino evi tədqiq edənlər arasındadır. Onun sözlərinə görə, Latoya Emmonsun və onun üç uşağının yaşadığı evdə İblis var.

“O evdə cinlər yaşayır və İblisin şəninə mahnılar oxuyurlar. Bu yaşa qədər dünyanın hər işini görmüşəm. Məni təəccübləndirmək, qorxutmaq mümkün deyil. Lakin indi deyirəm ki, bu evdən uzaq durmaq gərəkdir. Evə girib ingilis və latın dillərində dualar oxudum. Hiss edirdim ki, duaları oxuduqca, o müqəddəs sözləri dedikcə evin içində nə isə hərəkət edir. Hər dəfə İsa Məsihin adını çəkəndə sanki kimlərsə dərindən ah çəkir, bağırır, ulayırdı. Sonra gözəgörünməz əl məni vurub yerə yıxdı, saçlarımdan tutub sürüdü, başımı divara vurmağa çalışdı. Sonra başqa əllər məni boğmağa başladılar. İsa Məsihin şəninə duamı davam etdirib Tanrını yardıma çağıranda qarnıma bərk təpik dəydi. Ağrıdan az qala huşumu itirəcəkdim. Sürünüb zorla çölə çıxa bildim”, – M.Majino deyib.

Evə indi yalnız Latoya Emmonsun anası Rouz Kempbell girə bilir. O, qapını açıb içəri girəndə səs-küy, ulartılar kəsilir.

32 yaşlı Latoya Emmons və üç övladı bu evdə 2011-ci ilin noyabrından 2012-ci ilin mayına qədər yaşayıblar. Tibb bacısı Latoya sonucda övladlarını da götürərək evdən qaçıb.

“Qızım gecənin bir aləmində evə gəldi və dedi ki, daha o evdə yaşaya bilməz. Çünki çox qorxur. Evdə itlər ulayırdı. Halbuki Latoyanın və ya qonşuların itləri yoxdular. Küçədə də itlər gözə dəymədiyi halda Latoyananın evində itlər ulaşır, mırıldaşırdılar. İşıqlar yanıb-sönür, küləksiz havada qapılar çırpılırdı. Qızım qapıları açarla bağladığını desə də, qapı və pəncərələr zərblə çırpılırmış”, – Rouz Kempbell söyləyib.

32 yaşlı Latoya Emmonsun özünün və üç övladının vücudlarında “şeytan, İblis, cin” olduğu deyilir.

“Övladlarımın vücudlarında İblis var. Əkiz qızımla oğlum, üstəlik, kiçik oğlum da şər ruhların qurbanlarıdır. Bununla bağlı yüzlərlə sənəd var və həmin sənədlərin hamısında uşaqlarımın qeyri-adi davranışı əks olunub. Məmurlar, polislər, tibb bacıları da uşaqlarımın döşəmə ilə sürünərək sonra ilan kimi divarda, tavanda qıvrılmalarını görüblər. Mən də bəzən huşumu itirirəm, nələr etdiyimi bilmirəm”, – Latoya Emmons deyib.

Qonşular aylarla Latoyanın dediklərinə inanmayıb onu ələ salsalar da, sonradan gerçəkləri görüb qorxublar. Belə ki, Latoyanın 12 yaşlı qızının divarda ilan kimi qıvrılaraq yuxarı qalxdığını, bu zaman çox qorxulu səslər çıxararaq bağırdığını görən qonşular qorxublar. Qonşuların dediklərinə görə, 12 yaşlı qızın yerdən 2 metr qalxaraq havada süzdüyünü də görüblər.

İndianapolisdən gəlmiş psixoloqlar, Uşaqlarla İş Üzrə Departamentin əməkdaşları, polislər də nə edəcəklərini bilmirlər.

2011-ci ilin noyabrında Qeridəki sakit Kerolayn küçəsindəki evə köçən, sonra isə oradan qaçmaq məcburiyyətində qalan Emmons ailəsi indi polisin mühafizəsindədir.

“Qızım və nəvələrim o evə köçəndə mən də getmişdim. O evi elə ilk baxışdan bəyənmədim. Çünki qapının üstündə, eyvanda yüzlərlə qara milçək vızıltı ilə uçurdu. Halbuki qar yağmışdı və milçəklər uça bilməzdilər. Evdə də milçəklər vardı. Onları öldürdük, amma ertəsi gün yenə gəldilər. Gecəyarısı evdən pis, qorxulu səslər gəlirdi. Məsələn, gecənin bir aləmində eşidirdim ki, kimsə pilləkənlə qalxır, zirzəmi ilə mətbəxin arasındakı qapını açır. Qapını kilidləyirdik, amma sonra yenidən açılırdı. İşığı yandırıb pilləkənə baxanda orada kimsəni görmürdük. Bir dəfəsə gecə yuxudan qəflətən ayılanda otaqda qara insan kölgəsi gördüm. İşığı yandırıb kölgə olan yerə getdim. İnsan fiquru yoxa çıxmışdı, amma onun durduğu yerdə, döşəmədə qan ləkəsi vardı”, – Latoya Emmonsun anası Rouz Kempbell bildirib.

O daha sonra deyib ki, 12 yaşlı nəvəsini çarpayının üstündə, havada ləngər vuranda görüb.

“Uşaqlar “Ana, ana!” qışqırdılar. Tez ora qaçdım. Nəvəm havada idi. Yatmışdı, yuxulu idi. Sonra qəflətən gözlərini açdı, çox boğuq, qorxulu kişi səsi ilə mənə dedi: “Hə, nədir, qoca kaftar, qorxdun məndən?!” Daha sonra iblisanə qəhqəhə çəkdi…” – Kempbell söyləyib.

www.yenicag.az

8266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv