Dünyanın bəlası və Çinin MİSİLSİZ QAZANCI: “Vaksin satışından 570 milyard dollar qazanacaq” – Politoloq

“Çin qiymətlərin aşağı düşməsindən istifadə edərək, rekord həcmdə ucuzlaşmış neft xammalı tədarükü görüb”.

Yenicag.az xəbər verir ki, bunu Çinin koronavirus infeksiyasını bilərəkdən dünyada yayması ilə bağlı ittihamlara münasibət bildirən politoloq Yeganə Hacıyeva deyib.

Politoloqun sözlərinə görə, Çin pandemiya dövründə böyük gəlir əldə edib və iqtisadi gücünü kifayət qədər möhkəmlənib:

“Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mənşəyinin araşdırılması üçün Çinin Uhan şəhərində ezamiyyətdə olmuş beynəlxalq ekspertlər missiyasının ilkin məruzəsini dərc etməyəcək.

Missiyanın 26 eksperti bildirib ki, hazırlanan məruzə əldə olunan nəticələrin yetərsizliyi səbəbindən etibarsız elan edilməlidir. Çünki Çin COVID-19-un mənşəyini araşdırmaqdan ötrü beynəlxalq missiyaya tam şərait yaratmayıb.

Missiyanın Çinə giriş əldə edən üzvlərinə isə virusun mənşəyi və ilkin yayılma arealı haqqında hərtərəfli araşdırma aparmağa mane olub. Çin ötən il martın 1-dən ancaq virusdan qorunma (maska və xalat) və dezinfeksiya vasitələrinin satışından ümumilikdə 180 milyard dollar əldə edib.

Eyni zamanda, Çin qiymətlərin aşağı düşməsindən istifadə edərək, rekord həcmdə ucuzlaşmış neft xammalı tədarükü görüb. Bundan başqa, Yaxın Şərq və Afrikanın mədən sənayesindən rekord həddə xammal satınalmaları edib, gələcək üçün ucuz qiymətə xammal ehtiyatı toplayıb.

Şirkətlərin ucuzlaşmış səhmlərini almaqla, 170 ölkədə çox sayda şirkət üzərində nəzarəti ələ keçirib. 100-dən çox ölkədə dövlət şirkətlərində pay əldəə edib. Avropanın aparıcı hava şirkətlərinin 70 faizi müflis olandan sonra onların yerini də Çin şirkətləri tutub. Planetdə 7,8 milyard adamın 1 il ərzində bütün onlayn sifarişindən faiz götürüb, özünün ixracını ancaq onlayn satış üzərindən 24 faiz artırıb”.

Yeganə Hacıyeva qeyd edib ki, Çin pandemiyanın elan edilməsindən iki ay sonra BMT-nin araşdırma təşəbbüsünü önləmək üçün “virusun ilk Çində meydana gəlməsi məsuliyyətini” daşıdığını və fəsadların aradan qaldırılmasında (vaksinin yaradılması, bölüşdürülməsi və s) ÜST-lə maksimum əməkdaşlığa vəd verib:

“Çinin 5 ay ərzində satılacaq 5 milyard doza vaksindən gəliri 570 milyard dollar olacaq. Bunlar hələ görünən qazanclardır, sonrakı illərdə bu “sərmayələrin” differensiallaşmış həcmini təsəvvür etmək belə çətindir.

Ən əsası, Çinin bunun üçün siyasi əsası var idi: virus Honqkongda öncə ekstradisiya qanununa etirazla başlayan, daha sonra müstəqillik tələbi ilə bir ildən çox davam edən milyonluq etirazları cəmi iki günə yatırdı.

Çinin istəyindən asılı olmayaraq, COVİD-19-un laboratoriya mənşəli olduğunu təsdiq edən araşdırma aparılmalı və bu cinayət cəzasız qalmamalıdır. İttihamlar isbatlanarsa, Çin beynəlxalq məhkəməyə verilməli, hər ölən insan, iqtisadi itkilər və 12 aylıq qlobal karantində psixoloji sarsıntılar üçün təzminat ödəməyə məcbur edilməlidir.

Bu proses bioloji silahı olan istənilən dövlət üçün dərs olmalıdır. Əks halda, yeni bazarlar əldə etmək üçün labaratoriya mənşəli virus yaymaq istəyənlər mütləq tapılacaq”.

Gülşən Şərif