Dünyanın diqqəti İrana yönəldi – Xamneyi dörd ildən sonra ilk dəfə hansı mesajı verəcək?

7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları dayandırmayan İsrail müharibəni Yaxın Şərqə yaymaqda qərarlı görünür. Bu yaxınlarda Livana qarşı quru əməliyyatına başlayan İsrail bu ölkəni geniş bombardmanlar altında saxlasa da, dünyanın ən çox maraqlandığı məsələlərdən biri də İranın bu hücumlara reaksiyasıdır.

Yenicag.az xəbər verir ki, ötən gün 200 ballistik raketlə İsrailə cavab hücumu təşkil edən İranda indi bütün gözlər dini lider Əli Xamneyinin verəcəyi Cümə xütbəsinə çevrilib.

2000-ci ildə İnqilab Keşikçiləri Qvardiyasının komandiri Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı ABŞ bazasına raket atdıqdan sonra sonuncu Cümə namazını qılan Xamneyiyə görə minlərlə iranlı Tehrana axın edərkən verəcəyi mesaj da böyük maraq doğuraracaq məsələdir.

İranın bu həftə İsrailə raket hücumundan sonra İranın planlarına aydınlıq gətirə biləcək xütbə söyləməsi gözlənilən Xamneyinin bu gün verdiyi açıqlamalar Tel-Əvivdə diqqətlə izləniləcək. İsrail mətbuatı da məsələyə geniş yer ayırıb.

Nəsimi Ələsgərli

COP29