İngiltərdə olduqca qəribə oğurluq hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, banka oğurluğa girən 61 yaşlı Paul Neverson işçidən pulları şəxsi hesabına yerləşdirməyi tələb edib. Belə olan halda, o bütün şəxsi informasiyalarını bank işçisinə deyib. Bu zaman bankda həyəcan siqnalı çalınıb və oğru dərhal oradan uzaqlaşıb. Paulun bu addımı bütün dünya mediasında gülünclə qarşılanıb. Lakin təslim olmayan oğru növbəti banka girmək istəyərkən polis tərəfindən yaxalanıb. O, 2 illik həbs cəzasına məhkum edilib.
Məlum olub ki, Paul pulları oğurladıqdan sonra Yunanıstanın Korfu adasına gedəcəkmiş.