Danimarkanın paytaxtı Kopenhagendə “Kafe 33” barından dəyəri 1,3 milyon dollar olan bir şüşə araq oğurlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə müəssisənin sahibi, kolleksioner Brian İnqberq məlumat verib. Onun sözlərinə görə, oğru otaqda yalnız üç dəqiqə qalıb. Onun məqsədi məhz altı kiloqramlıq qızıl və gümüşdən hazırlanmış “Russo-Balt” şüşəsini oğurlamaq olub. Bu, dünyada ən bahalı araq şüşəsi sayılır.
Kolleksioner həmin şüşəni altı ay əvvəl Latviyanın “Dartz Motorz” şirkətindən aldığını qeyd edib. Məkanında 1200 müxtəlif araq şüşəsi olan danimarkalı sahibkar “Russo-Balt”ın oğurlanmasına görə çox üzüldüyünü, ümidsizliyə qapıldığını söyləyib. O, itən araq şüşəsini “kolleksiyasının incisi” adlandırıb.
Danimarka polisi hazırda həmin cinayətkarı axtarır.