!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən bahalı BRENDİ – İlk beşlikdə hansı şirkətlərdir?

!Reklam – Yazi

Qlobal bazarda dayanıqlı mövqeləri olan şirkətlərin yeni reytinqi açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Interbrand” şirkətinin tərtib etdiyi siyahıda ilk yeri “Apple” brendi tutub.

Məlumata görə, “Apple” son bir il ərzində 26 faiz böyüyərək öz dəyərini 408,3 milyard dollara çatdırıb.

Siyahıda 2-ci yerdə 249,3 milyard dollar həcmində dəyərləndirilən “Amazon” şirkəti qərarlaşıb. Onun illik artım göstəricisi 24 faiz təşkil edib.

100 şirkətin daxil edildiyi siyahıda 3-cülüyü 27 faiz böyüyərək dəyərini 210,2 milyard dollara çatdıran “Microsoft” əldə edib.

Siyahıda 4-cü yeri “Google” və “Samsung” şirkətləri tutub.

Qeyd olunur ki, siyahıya daxil edilən 100 şirkət ümumilikdə 15 faiz böyüyüb və onların məcmu dəyəri 2,3 trilyon dollara yüksəlib. Siyahıdakı ilk üçlükdə qərarlaşan şirkətlərin dəyəri isə ümumi dəyərin 33 faizini təşkil edib.

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv