“Interbrand” adlı konsaltinq şirkəti 2019-cu il üzrə dünyanın ən bahalı şirkətlərinin reytinqini tərtib edib.
Yenicag.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ildə “Interbrenad” “Apple” şirkətinin dəyərini 234.241 milyard dollar, “Google” şirkətinin dəyərini isə 167.713 milyard dollar qiymətləndirib.
Beləliklə 2018-ci il ilə müqayisədə “Apple” şirkəti öz dəyərini 9%, “Google” şirkəti isə öz dəyərini 8% yüksəldə bilib.
Üçüncü yerdə “Amazon” şirkəti qərarlaşıb (125.265 milyard dollar). 1 il ərzində “Amazon” şirkətinin dəyəri 24% yüksəlib.
İlk onluqda Amazon şirkətindən sonra “Microsoft”, “Coca-Cola”, “Samsung”, “Toyota”, “Mercedes Benz”, “McDonalds” və “Disney” şirkətləri qərarlaşıblar.
Disney şirkəti isə öz növbəsində “Facebook”u öz əvvəlki yerindən kənarlaşdırıb. Beləliklə məşhur sosial şəbəkə 12% dəyər itirərək 14-cü yeri tutub.
1 il ərzində sürətli yüksəliş nəticəsini “MasterCard” sərgiləyib. Belə ki, şirkət 1 il ərzində öz dəyərini 25% yüksəldib.
Maraqlısı ondadır ki, bir neçə illik aradan sonra bu siyahıya “Dell” şirkəti qayıdıb və birdən-birə 63 yeri tutub.
Sözügedən siyahının yeni təmislçisi isə “Uber” şirkəti olub. O, 87-ci yerdə qərarlaşıb.