!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünyanın ən bahalı futbolçuları - Messi 4-cü, Ronaldo isə...

!Reklam – Yazi

“CIES Football Observatory” araşdırmalar mərkəzi dünyanın ən bahalı oyunçularının siyahısını tərtib edib.

Yenicag.az xəbər verir ki, futbolçuların qiymətləndirilməsində bir neçə alqoritm nəzərə alınıb. Bunlar futbolçunun yaşı, oynadığı mövqe, klub və milli komandada çıxışı (meydana çıxma və qol vurma tezliyi), qazanılan titullar, oynadığı çempionatın səviyyəsidir.

Qiymətləndirmə nəticəsində “Qızıl top”un 5 qat sahibi Kriştiano Ronaldo 24-cü olub. Onun üçün 103.4 milyon avro qiymət müəyyənləşdirilib. “CIES Football Observatory” tərəfindən yanvarda hazırlanan siyahıda portuqaliyalı ulduz 49-cu olmuşdu. Bu dəfəki reytinqə isə “Tottenhem” və İngiltərə millisinin hücumçusu Harri Keyn başçılıq edib.

Dünyanın ən bahalı futbolçuları:

1. Harri Keyn (Tottenhem) – 201.2

2. Neymar (PSJ) – 195.7

3. Kilian Mbappe (PSJ) – 186.5

4. Lionel Messi (Barselona) – 184.2

5. Məhəmməd Salah (Liverpul) – 171.3

6. Dele Alli (Tottenhem) – 171

7. Kevin de Bruyne (Mançester Siti) – 167.2

8. Antuan Qrizmann (Atletiko) – 164.5

9. Paulo Dibala (Yuventus) – 164.2

10. Romelu Lukaku (Mançester Yunayted) – 163.4

www.yenicag.az

1849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv