Dünyanın ən bahalı futbolçusu açıqlandı

Business Insider dünyanın ən bahalı futbolçularının siyahısını hazırlayıb.

Yenicag.az-ın xəbərinə görə, siyahıya fransalı futbolçu, “Pari Sen-Jermen”in forvardı Kilian Mbappe başçılıq edib. Ekspertlər onu 229 milyon avro məbləğində dəyərləndiriblər.

İkinci yerdə onunla eyni klubda oynayan braziliyalı Neymar (206 milyon avro) qərarlaşıb. Agrentinalı Lionel Messi isə 183 milyon avro ilə üçüncü yerdə qərarlaşıb. “Yuventus”un forvardı Kriştianu Ronaldu 21 nəfərin arasında 19-cu olub. Onun dəyəri isə 103 milyon avro təşkil edib.

Qeyd edək ki, Mbappe “Pari Sen-Jermen”də 29 oyun keçirib və 33 qol vurmaqla Fransa çempionatının ən yaxşı bombardiri elan edilib./Trend/