!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən bahalı futbolçusu müsəlman oldu – Fotolar+Video

!Reklam – Yazi

paulpogna51241 - CopyDünyanın ən bahalı futbolçusu olan “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Pogbanın müsəlman olduğu məlum olub.

Bu barədə AzVision.az “The Telegraph” nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən Qvineya əsilli futbolçu öz “İnstagram” səhifəsində məsciddə çəkilən fotosunu paylaşaraq “Qurban bayramınız mübarək” yazıb.

“The Telegraph” yazır ki, Pogba “Mançester”in sabiq müdafiəçisi Patris Evra ilə birgə bayramı qeyd edib.

Qeyd edək ki, bu yay Pol Poqbanın “Yuventus”dan “Mançester Yunayted”ə keçməsi ilə futbol tarixini yeni ən bahalı transferi gerçəkləşdi. Bu transfer üçün ingilislər İtaliya klubuna 2 il ərzində düz 105 milyon avro təzminat ödəyəcək.

P.Poqba özü isə yeni klubunda həftəyə 220 min funt sterlinq gəlir əldə edib. (təqribən 250 min avro). Transferdən 20 milyon avro isə futbolçunun agenti Mino Rayola ödənilib.

 

https://youtu.be/IeDpDDg9ypA

 

 

www.yenicag.az

831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv