Dünyanın ən bahalı küçələri

Honq Konqun Kozuey Bey küçəsi 2018-ci ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Dünyanın əsas küçələri” (Main Streets Across The World) reytinqində deyilir.

Qeyd olunur ki, bu küçədə ticarət obyektlərinin illik icarəsi orta hesabla bir kvadrat metr üçün 2,7 min dollar təşkil edir.

Bu küçə son beş il ərzində reytinqə liderlik etmiş Nyu Yorkun Beşinci prospektini ikinci pilləyə salıb. Beşinci prospektdə icarə qiyməti 2,25 min dollara bərabər olub.

İlk üçlüyü Londonun Nyu Bond küçəsi tamamlayıb. Bu küçə ticarət obyektlərinin 1,7 min dollarlıq icarə qiyməti ilə Avropanın ən bahalı küçəsi olub.

İlk beşlikdə həmçinin Fransanın Yelisey çölləri prospekti (1,5 min dollar) və Milanın Montenapoleone küçəsi (1,47 dollar) yer alıb./Trend/

COP29