Dünyanın ən bahalı maşınını aldı – 32 milyon avro

pic_f89e95d8ed22396f254ea9072efc4cddİspaniyanın `Barselona` klubunun və Argentina millisinin üzvü Lionel Messi dünyada ən bahalı avtomobili – 1957-ci ilin `Ferrari 335 S Spider Scaglietti` yarış maşını alıb.

Maşın ötən gün Fransanın paytaxtı Parisdə hərraca çıxarılıb. Futbolçu avtomobili 32 milyon avroya alıb. Avtomobilin əvvəlki sahibi italiyalı əmlak agenti Alessandro Proto olub.

Məlumata görə, həmin maşını`Real`-ın ulduzu Kriştanu Ronaldu da almaq istəyirmiş.

Qeyd edək ki, bu avtomobilin sükanı arxasında əyləşən Stirlinq Moss Kubada `Formula-1` Qran-prisinin qalibi olub.

`Ferrari 335 S` Messinin kolleksiyasında olan üçüncü superkardır. Buna qədər argentinalı `Maserati GT Stradale` və `Audi R8 Spyder` maşınlarını alıb. Onların ümumi məbləği 517 min avrodur.