Dünyanın ən bahalı ŞƏHƏRLƏRİ

Dünyanın ən bahalı şəhərlərinin siyahısında ilk üçlüyü Honkonq metropolu, Paris və Sürix tutub.

Yenicag.az xəbər verir ki, bu barədə “The Economist” jurnalının hazırladığı “2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda qeyd edilib.

“Sürix şəhəri ötən illərdəki mövqeyini xeyli yaxşılaşdırıb. Bu, ilk növbədə, İsveçrə frankının koronavirus böhranı səbəbindən ABŞ dolları qarşısında dəyərinin artırması ilə izah olunur.

Koronavirus böhranının dolların məzənnəsinə göstərdiyi təsir müxtəlif şəhərlərdə yaşayış xərclərinin artmasına səbəb olan əsas amil kimi xarakterizə edilir. Paris və Sürixin də siyahıda irəliləməsi məhz avro və frankın dollara nisbətdə güclənməsinin nəticəsidir”, – deyə, məlumatda bildirilib.

Siyahıda sonrakı yerləri Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb.