!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən bahalı zirehli avtomobilləri – FOTOLAR

!Reklam – Yazi

481710_465815Silah texnlogiyası maksimum həddə inkişaf edib, desək yanılmarıq. Bu məsələyə diqqət çəkən mütəxəssislər insanların özlərini daha təhlükəsizlikdə hiss etmələri üçün xüsusi zirehli avtomobillər dizayn edirlər. Qeyd edək ki, bu bir-birindən lüks görünən avtomobillər, həm də çox bahalıdır. Dünyanın ən bahalı avtomobillərinin top 10-ğunu təqdim edirik.

10. Lexus LS 460 L (300.000 Dollar) – Çəkisi çox ağır olan bu avtobil həm də çox təhlükəsizdir. Motor 8 çarxlı avtomatik pillə ilə 389 at gücünə malikdir. Orijinal Lexus bomba partlamalarına dözə bilən xüsusiyyətə maldikdir.


9. BMW 750Li Sedan (340.000 Dollar) – 400 at gücündədir. Avtomobildə hətta radiator, yanacaq çəni və tüstü borusu da zirehli hala gətirilmişdir.


8. Cadillac Escalade ESV (350.000 Dollar) Becker – lüks ola bilməsi üçün heç bir maliyyətdən qaçınılmayıb. Avtomobilin içi dəri döşəmə, taxta döşəmə, ofis ləvazimatları və böyük LSD ekranlar var. Becker, güllə keçirməz polad və 40 mm pəncərəsi ilə çox yaxşı qoruma xüsusiyyətinə malikdir.


7. Mercedes Benz S-Guard (400.000 Dollar) – bazarda ən məşhur avtomobillərdən biridir. Avtomobilin xarici zirehli xüsusiyyətlər olsa da, öz gözəlliyini də qoruyub. Bu avtomobil M60 tüfənglə hücuma dözümlüdür. Həmçinin qaz bombası ilə hücum zamanı avtomobilin xarici dəlikləri bağlanır və avtomobilin içinə təmiz hava verən öz oksigen sistemini işə salır.


6. Knight XV (629.000 Dollar) – Dünyanın öndə gələn zirehli avtomobi istehsalçısı Conquest-in flaqmanıdır. Qeyd edək ki, Knight XV, sadece 100 ədəd buraxıldığından çox nadir tapılır. Avtomobildə V10 motor, yüksək müqavimətli zireh var. Bundan əlavə avtomobilin içində TV, bar, soyuducu, isidən kreslolar və əyləncə üçün media mərkəzi var.


5. Huron APC (630.000 Dollar) – çox ağır olması ilə diqqət çəkir. Horon, M80 sursatı başda olmaq üzrə, ağır yanıcı və partlayıcı silahları daşıya bilər.

Huron APC, pulemyot və əl bombalı hücumlara dözümlü formada hazırlanmışdır. Zirehli texnika, hərbi müdafiə etmədən çox şəxsi istifadə üçün yaradılıb.


4. Audi A8 Security (700.000 Dollar) – tam zirehlidir. Ancaq bu zireh görünmür. Audi A8 Security normal lüks bir audiyə bənzədilərək dizayn edilib. Bu avtomobilin tamamən güllə keçirməz olduğu Alman Balistik Test Mərkəzi tərəfindən təsdiqlənib.

Avtomobil alovla əlaqədar demək olar ki, hər şeyə dözümlüdür. Bundan əlavə zirehli avtomobilin içində LED siqnalları, duman detektoru, rəqəmsal radio şəbəkələri və sirenaya sahibdir.


3. Mercedes Benz G63 AMG (1 Milyon Dollar) – mövcud olan ən yaxşı limuzinlərdən biridir. Inkas tarafından istehsal edilən G63 AMG, daxili və xarici təhlükəsizliyindən əlavə lüks olması ilə də diqqət çəkir.

Bundan əlavə avtomobilən mat qara dəri oturacaqlar, xüsusi işıqlar, qurşun keçirməz pəncərə, təhlükəsizlik kameraları var.

2. Cadillac One “The Beast” (1.5 Milyon Dolar) – ABŞ prezidentini daşımaq üçün hazırlanan xüsusi zirehli avtomobildir. Avtomobildə yanğınsöndürücü köpük, yanğınsöndürmə sistemi, xüsusi oksigen qaynağı, baqajda ekstra silahlar, yanacaq çənini qoruma xüsusiyyəti var.

Avtomobilin zirehi ağır polad, alüminium, titanium və keramikadan hazırlanıb. Bu xüsusiyyətlər xaricdən müdaxilə ilə avtomobilin qapılarının açılmasını imkansız hala gətirir. Bundan başqa avtomobil pusqulara qarşı yardım çağırmaq üçün öz şifrəli xəbərləşmə sisteminə malikdir.


1. Kombat T98 (1.5 Milyon Dollar) – Prombron olarak da bilinməkdədir. Bu zirehli SUV-un içi 100 faiz balina dərisi ilə örtülüdür. Bu avtomobilə daha çox rusiyalı siyasətçilər və Avropadakı şahzadələr üstünlük verirlər.

Bütün digər xüsusiyyətlərdən əlavə avtomobil qızılla örtülmüş pəncərələri var. Həmçinin avtomobilin 8,1 litrlik V8 mühərriki və gülləkeçirməzlik xüsusiyyəti ilə partlamalara dözümlü zirehlərlə təmin olunmuşdur(faktxəbər)

www.yenicag.az

1717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv